Azərbaycanda tikinti materiallarının istehsalı 22% azalıb

Azərbaycanda tikinti materiallarının istehsalı 22% azalıb
# 23 mart 2020 11:16 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunan məhsulun ümumi dəyəri 21,9% azalaraq 82 mln. manat təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, tikinti gipsinin istehsalı 2,3 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 13,7%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 10,7%, tikinti kərpicinin istehsalı 2,2% artıb, asfaltın istehsalı 5,5%, tikinti əhənginin istehsalı 14%, sementin istehsalı 19,8%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 62% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR