Azərbaycanda tikinti materiallarının istehsalı 25%-dək artıb - CƏDVƏL

Azərbaycanda tikinti materiallarının istehsalı 25%-dək artıb - CƏDVƏL
# 16 dekabr 2020 14:05 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 660,8 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,6% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, tikinti gipsinin istehsalı 2,4 dəfə, tikinti kərpicinin istehsalı 21,2%, hörmə üçün hazır beton qarışığının istehsalı 11%, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 6,5% artıb, sementin istehsalı 3,4%, tikinti əhənginin istehsalı 26,9%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 35,3%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 40,1%, asfaltın istehsalı isə 57,1% azalıb.

Tikinti materiallarının istehsalı sahәsindә әsas mәhsul növlәrinin buraxılışı:

Mәhsul növlәri

2020-ci ilin yanvar-noyabr aylarında istehsal edilib

Әvvәlki ilin müvafiq dövrünә nisbәtәn, faizlә

Sement, min ton

3 058,9

96,6

Tikinti gipsi, min ton

20,3

236,0

ondan әmtәәlik

20,1

236,5

Tikinti әhәngi, min ton

31,0

73,1

Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton

47,8

59,9

Betondan yığma tikinti konstruksiyaları, min kub metr

42,7

106,5

Asfalt, min ton

154,2

42,9

Tikinti kәrpici, min kub metr

462,8

121,2

Hörmә üçün hazır beton qarışığı, min ton

1 757,6

111,0

Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton

23 494,7

64,7

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR