Azərbaycanda tikinti materiallarının istehsalı artıb - CƏDVƏL

Azərbaycanda tikinti materiallarının istehsalı artıb - CƏDVƏL
# 17 noyabr 2020 13:15 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 614,7 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,4% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, tikinti gipsinin istehsalı 2,3 dəfə, tikinti kərpicinin istehsalı 20,5%, hörmə üçün hazır beton qarışığının istehsalı 5,1%, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 1,4% artıb, sementin istehsalı 1,2%, tikinti əhənginin istehsalı 29,1%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 33,7%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 37,5%, asfaltın istehsalı isə 56,1% azalıb.

Tikinti materiallarının istehsalı sahәsindә әsas mәhsul növlәrinin buraxılışı:

Mәhsul növlәri

2020-ci ilin yanvar-oktyabr aylarında istehsal edilib

Әvvәlki ilin müvafiq dövrünә nisbәtәn, faizlә

Sement, min ton

2 821,5

98,8

Tikinti gipsi, min ton

18,3

2,3 dəfə

ondan әmtәәlik

18,1

2,3 dəfə

Tikinti әhәngi, min ton

27,5

70,9

Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton

47,6

62,5

Betondan yığma tikinti konstruksiyaları, min kub metr

37,2

101,4

Asfalt, min ton

145,9

43,9

Tikinti kәrpici, min kub metr

421,0

120,5

Hörmә üçün hazır beton qarışığı, min ton

1 574,4

105,1

Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton

21 605,8

66,3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR