Azərbaycanda tikinti materiallarının istehsalı artıb - CƏDVƏL

Azərbaycanda tikinti materiallarının istehsalı artıb - CƏDVƏL
# 18 fevral 2021 10:30 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 41,6 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 21,2% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, tikinti gipsinin istehsalı 2,8 dəfə, tikinti əhənginin istehsalı 52,4%, sementin istehsalı 21,7%, hörmə üçün hazır beton qarışığının istehsalı 16,8%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 14,3% artıb, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 10%, tikinti kərpicinin istehsalı 11,6%, asfaltın istehsalı 61,4%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı isə 62,2% azalıb.

Tikinti materiallarının istehsalı sahәsindә әsas mәhsul növlәrinin buraxılışı:

Mәhsul növlәri

2021-ci ilin yanvar ayında istehsal edilib

Əvvəlki ilin müvafiq ayına nisbətən, %

Sement, min ton

233,5

121,7

Tikinti gipsi, min ton

1,1

275,0

ondan әmtәәlik

1,1

275,0

Tikinti әhәngi, min ton

3,2

152,4

Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton

3,2

114,3

Betondan yığma tikinti konstruksiyaları, min kub metr

3,6

90,0

Asfalt, min ton

3,4

38,6

Tikinti kәrpici, min kubmetr

35,8

88,4

Hörmә üçün hazır beton qarışığı, min ton

134,5

116,8

Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton

314,1

37,8

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR