Azərbaycanda tikinti materiallarının istehsalı yanvarda 35% artıb

Azərbaycanda tikinti materiallarının istehsalı yanvarda 35% artıb
# 17 fevral 2020 18:22 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunan məhsulun ümumi dəyəri 35,2% artaraq 52,4 mln. manat təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, asfaltın istehsalı 76,6%, hörmə üçün hazır beton qarışığının istehsalı 21,7%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 19,4%, tikinti kərpicinin istehsalı 8,3% artıb, tikinti gipsinin istehsalı 5,5%, tikinti əhənginin istehsalı 26,2%, sementin istehsalı isə 24% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR