Azərbaycanda xüsusi təyinatlı sənaye yağları istehsal ediləcək

Azərbaycanda xüsusi təyinatlı sənaye yağları istehsal ediləcək
# 15 dekabr 2020 10:06 (UTC +04:00)

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) rezidenti olan Təcrübə-Sənaye Zavodu yerli fabriklərin cihaz və mexanizmləri üçün xüsusi təyinatlı sənaye yağları istehsal edəcək.

YTP-dən “APA-Economics”ə verilən məlumata görə, hazırda zavodda ümumi təyinatlı “İ-12A”, “İ-20A”, “İ-30A”, “İ-40A” və “İ-50A” sənaye yağları istehsal olunur.

Aşqarsız yağlar olan və kiçik mexanizmlərdə hidravlik yağların xüsusiyyətlərini daşıyan bu sənaye yağlarından dəzgahların sürtünmə hissələrində, ventilyatorlarda, nasoslarda, toxuculuq maşınlarında, həmçinin hidravlik mayelərin, plastik və texnoloji sürtkülərin hazırlanmasında əsas kimi istifadə edilir. Sənaye yağları sürtünmə və korroziyaya qarşı xüsusi tələbləri olmayan mexanizmlər üçün nəzərdə tutulub.

Zavodunun istehsalı olan sənaye yağlarından “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən geniş istifadə olunur. Hazırda bu yağların xarici ölkələrə ixracı ilə bağlı təkliflər nəzərdən keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR