Sumqayıt Kimya Sənaye Parkının rezidenti "SOCAR Polymer" MMC tibbi maskaların hazırlanmasında istifadə olunan xüsusi növ parçalar üçün xammal istehsalına başlayıb.
İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, MMC polipropilen (PP) və yüksək sıxlıqlı polietilen istehsal edir və Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında ən iri investorlardan biridir.