Azərbaycanda yeni növ qaz sayğaclarının quraşdırılmasına başlanılıb

Azərbaycanda yeni növ qaz sayğaclarının quraşdırılmasına başlanılıb
  • Clock-gray 10:23
  • calendar-gray 01 Fevral 2021

"Azəriqaz" İstehsalat Birliyi fevral ayının 1-dən etibarən yeni növ əvvəlcədən ödənişli Almaniya istehsalı olan "Zenner" markalı sayğacların quraşdırılmasına başlayıb.

İB-dən "APA-Economcs"ə verilən məlumata görə, artıq bu sayğaclardan 30 min ədədi ölkəyə gətirilib. Birliyin Sayğacların tətbiqi və idarə edilməsi, nəzarət olunması şöbəsindən verilən məlumata görə "Zenner" markalı qaz ölçü qurğularının 2020-ci ildə həm iş prinsipləri, həm də yerli proqram təminatına inteqrasiyası ilə bağlı aparılan sınaq işləri uğurla tamamlanıb.

Məlumata görə, bu gündən etibarən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi mövcud qaydalara uyğun olaraq sayğac əvəzlənmələri zamanı yeni sayğaclardan istifadə ediləcək.

Qeyd edək ki, bu həftə regionlarda da bu sayğacların quraşdırılmasına başlanılacaq. İlkin mərhələdə bu proses Gəncə və Ağsu şəhərlərində icra olunacaq. Yeni sayğacların üstünlüyünə gəlincə, bura istifadə qaydalarının rahat olması, koda düşmə zamanı geriyə sayım əməliyyatının olmaması və smart kartın içərisindəki məbləğ boşaldılmadığı halda bir neçə dəfə vəsaitin yüklənməsinin mümkünlüyünü göstərmək olar.

Emil İsmayılov

Digər xəbərlər