Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı 9% artırıb

Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı 9% artırıb
# 17 noyabr 2020 14:40 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 80,7 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvar-oktyabrda günəş enerjisi ilə işləyən stansiyaların tərəfindən isə 41,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (artım 9%).

Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında 20 848,5 mln. kVt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 4,8% çoxdur. Ölkədə istehsal edilə edilən elektrik enerjinin 19 131,9 mln. kVt-saat istilik (8,2%-lik artım), 922,4 mln. kVt-saat su elektrik (-33,1%) stansiyaların payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR