Azərbaycandakı külək elektrik stansiyaları ötən ay istehsalı azaldıb

Azərbaycandakı külək elektrik stansiyaları ötən ay istehsalı azaldıb
# 18 fevral 2020 13:55 (UTC +04:00)

Bu ilin yanvarında Azərbaycanda küləklə işləyən stansiyalar 7,2 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,8% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvarda günəş enerjisi ilə işləyən stansiyaların tərəfindən isə 2,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (8,3% azalma).

Qeyd edək ki, bu ilin yanvar ayında aylarında Azərbaycanda 2 185,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 0,4% azdır. Ölkədə istehsal edilə edilən elektrik enerjinin 2 046,9 mln. kVt-saat istilik (2%-lik artım), 63,9 mln. kVt-saat su elektrik (34,9% azalma) stansiyaların payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR