Azərbaycanın Gürcüstana elektrik enerjisi ixracı 10% azalıb

Azərbaycanın Gürcüstana elektrik enerjisi ixracı 10% azalıb
  • Clock-gray 17:53
  • calendar-gray 12 Dekabr 2019

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Gürcüstana 904 006 mln. kVt-saat elektrik enerjisi idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Sisteminin Kommersiya Operatorunun (ESCO) hesabatında bildirilib.

Qeyd olunub ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 10,1% azdır Təkcə cari ilin noyabrında isə Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 62,7% azalaraq 80 403 mln. kVt-saat təşkil edib. Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Gürcüstandan ümumilikdə 12 105 mln. kVt-saat elektrik enerjisi idxal edib.

Hesabat dövründə Azərbaycan Gürcüstan ərazisi ilə Türkiyəyə 116 689 mln. kVt-saat elektrik enerjisi nəql edib.

Hesabat dövründə Azərbaycan Gürcüstanın ən böyük elektrik enerjisi tədarükçüsü olub. Rusiyanın bu ölkəyə elektrik enerjisi ixracı isə 511 976 mln. kVt-saat təşkil edib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date