Azərbaycanın büdcə təşkilatları qaz və elektrik enerjisinin istehlakını artırıblar

Azərbaycanın büdcə təşkilatları qaz və elektrik enerjisinin istehlakını artırıblar
# 18 fevral 2020 12:42 (UTC +04:00)

Ötən il Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 2259,4 mln. kVt-saat elektrik enerjisindən istifadə edilib, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 7,8% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 170,3 mln. kub metr təbii qazdan (6% artım), 25,9 mln. kubmetr sudan (2,8% artım) istifadə edilib.

Məlumata əsasən, 2019-cu ildə ölkədə əmtəəlik təbii qaz ehtiyatları 26,8 mlrd. kub metr olub, onun 91,4 % hasilatın, 8,6% ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb. Ehtiyatların 42,7% ölkə daxilində istehlak edilib, 45,5% ixrac olunub 2,7% itkiyə gedib, 9,1% 2020-ci ilin yanvar ayının 1-i vəziyyətinə ehtiyat kimi qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR