Azərbaycanın metallurgiya sәnayesində istehsal 87%-dək artıb - CƏDVƏL

Azərbaycanın metallurgiya sәnayesində istehsal 87%-dək artıb - CƏDVƏL
# 16 dekabr 2020 14:15 (UTC +04:00)

Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-noyabr aylarında 604,4 mln. manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, metallurgiya sənayesində 86,6%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 4,2% artım müşahidə olunub. Yanvar-noyabr aylarında sahə üzrə 31 362,9 ton qara metallardan sair konstruksiyalar istehsal edilib.

Metallurgiya sәnayesi vә hazır metal mәmulatlarının istehsalı sahәlәrindә әsas mәhsul növlәrinin buraxılışı:

Mәhsul növlәri

2020-ci ilin yanvar-noyabr aylarında istehsal edilib

Әvvәlki ilin müvafiq dövrünә nisbәtәn, %

Metallurgiya sәnayesi mәhsulları

Polad tökmә, min ton

227,5

75,1

Armatur, min ton

203,1

73,2

Polad borular, min ton

29,1

66,6

Emal edilmәmiş alüminium әrintilәri, ilkin şәkildә, min ton

28,7

93,5

Alüminium çubuqlar, millәr vә profillәr, ton

2 151,9

3,3 dəfə

Hazır metal mәmulatlarının istehsalı

Qara metallardan yığma tikinti konstruksiyaları, min manat

21 246,7

75,7

Qara metallardan sair konstruksiyalar, ton

31 362,9

155,5

Misdәn elektrik izolyasiyası olmayan çoxdamarlı mәftil, tros vә kabellәr, ton

4 742,0

116,2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR