Azərbaycanın metallurgiya sənayesində istehsalı azalıb- CƏDVƏL

Azərbaycanın metallurgiya sənayesində istehsalı azalıb- CƏDVƏL
# 16 mart 2021 16:16 (UTC +04:00)

Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-fevral aylarında 119,2 mln. manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, metallurgiya sənayesində 6,1%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 20,2% azalma müşahidə olunub.

Yanvar-fevral aylarında sahə üzrə 4 886,6 ton qara metallardan sair konstruksiyalar istehsal edilib.

Metallurgiya sənayesi vә hazır metal məmulatlarının istehsalı sahәlәrindә əsas məhsul növlərinin buraxılışı:

Məhsul növlәri

2021-ci ilin yanvar-fevral ayları

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Metallurgiya sәnayesi mәhsulları

Polad tökmә, min ton

32,8

75,9

Armatur, min ton

30,3

70,1

Polad borular, min ton

5,2

126,8

Emal edilmәmiş alüminium әrintilәri, ilkin şәkildә, min ton

2,6

50,0

Alüminium çubuqlar, millәr vә profillәr, ton

240,8

49,0

Hazır metal mәmulatlarının istehsalı

Qara metallardan yığma tikinti konstruksiyaları, min manat

3 558,7

63,6

Qara metallardan sair konstruksiyalar, ton

4 886,6

104,3

Misdәn elektrik izolyasiyası olmayan çoxdamarlı mәftil, tros vә kabellәr, ton

605,0

47,5

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR