Azərbaycanın neft-qaz sektoruna 1,4 mlrd. manata yaxın vəsait yönəldilib

Azərbaycanın neft-qaz sektoruna 1,4 mlrd. manata yaxın vəsait yönəldilib
# 17 aprel 2021 11:22 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın neft-qaz sektoruna 1 355,7 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,02% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə bu göstərici 1 442,6 mln. manat təşkil edib.

Xatırladaq ki, 2020-ci ildə neft-qaz sektoruna 5 879,7 mln. manatlıq vəsait yönəldilib. Bu göstərici əvvəlki illə müqayisədə 7,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR