Azərbaycanın neft-qaz sektoruna bu il 813 mln. manat yönəldilib

Azərbaycanın neft-qaz sektoruna bu il 813 mln. manat yönəldilib
# 17 mart 2021 10:59 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın neft-qaz sektoruna 813 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 13,3% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə bu göstərici 937,5 mln. manat təşkil edib.

Xatırladaq ki, 2020-ci ildə neft-qaz sektoruna 5 879,7 mln. manatlıq vəsait yönəldilib. Bu göstərici əvvəlki illə müqayisədə 7,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR