Azərbaycanın neft-qaz sektoruna sərmayələr 18% artıb

Azərbaycanın neft-qaz sektoruna sərmayələr 18% artıb
# 15 iyul 2020 18:21 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın neft-qaz sektoruna 2 778,4 mln. manat həcmində vəsait yönəldilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,8% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin yanvar-iyun aylarında ölkənin neft-qaz sektoruna 2 358,9 mln. manat yönəldilib.

Qeyd edək ki, ötən beş il ərzində (2015-2019-cu illərdə) Azərbaycanın neft-qaz sektoruna 35 665,1 mln. manat həcmində vəsait yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR