Azərbaycanın neft-qaz sektorunda məhsul istehsalı ötən il 7%-dək azalıb

Azərbaycanın neft-qaz sektorunda məhsul istehsalı ötən il 7%-dək azalıb
# 15 yanvar 2021 14:18 (UTC +04:00)

Azərbaycanda ötən il sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 37,1 mlrd. manatlıq və ya 2019-cu illə müqayisədə 5% az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,9% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,5% artıb.

Məlumata görə, sənaye məhsulunun 61,3%-i mədənçıxarma sektorunda, 32,5%-i emal sektorunda, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

"Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8% azalıb, əmtəəlik qaz hasilatı isə 6,3% artıb", - komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR