Azərbaycanın neft-qaz sənayesi məhsullarının ixracından gəlirləri növbəti 4 ildə 50 mlrd. dollardan çox olacaq

Azərbaycanın neft-qaz sənayesi məhsullarının ixracından gəlirləri növbəti 4 ildə 50 mlrd. dollardan çox olacaq
  • Clock-gray 15:40
  • calendar-gray 22 Dekabr 2020

Azərbaycan 2024-cü ildə 13 370,5 mln. ABŞ dolları dəyərində neft və qaz sənayesi məhsulları ixrac edəcək ki, bu da 2021-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə 18% çoxdur.

Bu barədə "APA-Economics"in büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nə istinadən xəbər verir.

Məlumata görə, 2021-ci ildə Azərbaycan 11 341,3 mln. dollar, 2022-ci ildə – 12 408,6 mln. dollar, 2023-cü ildə isə 13 162,1 mln. dollar dəyərində neft-qaz sənayesi malları ixrac edəcək.

Göründüyü kimi, növbəti 4 ildə Azərbaycanın neft-qaz sektoru üzrə məhsul ixracının dəyəri 50 252,5 mln. dollar təşkil edəcəyi gözlənilir.

Ölkədən neft-qaz sənayesi məhsullarının ixracı tədricə artması fonunda sözügedən məhsulların idxalı üzrə azalma müşahidə olunacağı gözlənilir. Belə ki, 2024-cü ildə Azərbaycan 1 536,8 mln. dollar dəyərində neft-qaz məhsulları idxal edəcək. Bu da 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 9,7% azdır.

Məlumata görə, 2021-ci ildə ölkəyə 1 701,5 mln. dollar, 2022-ci ildə – 1 762,7 mln. dollar, 2023-cü ildə isə 1 588,6 mln. dollar dəyərində neft-qaz məhsulları idxal ediləcəyi proqnozlaşdırılır.

Emil İsmayılov

Digər xəbərlər