Azərbaycanın neftdən əldə etdiyi gəlir artıb

Azərbaycanın neftdən əldə etdiyi gəlir artıb
# 27 mart 2020 12:08 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycan 2,62 mln. tondan artıq neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən neftin dəyəri 1,21 mlrd. ABŞ dolları təşkil edib ki, bu göstərici ötən müvafiq dövrü ilə müqayisədə 3% artıb.

Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR