Azərbaycanın yanvar-oktyabrda ixrac etdiyi qazın dəyəri 2,4 mlrd. dollara yaxın olub

Azərbaycanın yanvar-oktyabrda ixrac etdiyi qazın dəyəri 2,4 mlrd. dollara yaxın olub
# 17 dekabr 2020 16:40 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 11 002 mln. kubmetrə yaxın qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən qazın dəyəri 2 386 401,9 min ABŞ dolları olub. Bu, illik ifadədə 16,4% çoxdur.

Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR