Azərbaycanla Türkiyə arasında yeni qaz xəttinin tikintisinə dair bu gün memorandum imzalanacaq

Azərbaycanla Türkiyə arasında yeni qaz xəttinin tikintisinə dair bu gün memorandum imzalanacaq
# 15 dekabr 2020 10:22 (UTC +04:00)

Bu gün "Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair Anlaşma Memorandumu" imzalanacaq.

"APA-Economics" bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Memorandum Türkiyə-Naxçıvan qaz xəttinin tikintisi məsələsini əhatə edir.

Qeyd edək ki, Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkəti hələ yayda İqdır-Naxçıvan qaz kəmərinin tikintisi çərçivəsində tədqiqat və mühəndislik işlərini aparacaq şirkətin seçimi üzrə tender elan edib. Məlumata əsasən, tender diametri 12 düym, uzunluğu isə təxminən 82 km olacaq qaz kəməri üzrə ərazi-tədqiqat, xəritə və müfəssəl mühəndislik işlərini əhatə edir. İşlər 270 gün ərzində həyata keçirilməlidir.

Xatırladaq ki, hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR