"Azəriqaz" gücləndirilmiş iş rejiminə keçib

"Azəriqaz" gücləndirilmiş iş rejiminə keçib
# 17 fevral 2021 14:37 (UTC +04:00)

Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi barədə verilən məlumatdan irəli gələrək “Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş iş rejimində çalışacaq.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, Birliyin bütün müvafiq strukturlarına baş direktor Ruslan Əliyev tərəfindən lazımi tapşırıqlar verilib. Təbii qazın tələbata uyğun düzgün rejimlərdə paylanılması diqqətdə saxlanılacaq. Qaz şəbəkəsində vacib təmir prosesləri bu günlərdə təxirə salınıb. Qəza, qaz sızması, qaz sayğacları ilə bağlı nasazlıqlar ortaya çıxarsa, operativ şəkildə aradan qaldırılacaq. Artıq növbəlilik tətbiq edilib, Birliyin aidiyyəti strukturlarında müəyyən sayda əməkdaşlar iş başında olacaq.

“Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə, sosial şəbəkə ünvanlarımıza mesajlarını göndərə bilərlər”, - “Azəriqaz”dan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR