"Azəriqaz": Əhali abonentlərinin 15%-i güzəştli limit həddini keçib

"Azəriqaz": Əhali abonentlərinin 15%-i güzəştli limit həddini keçib
# 23 dekabr 2020 15:14 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında “Azəriqaz” İstehsalat Birliyində qeydiyyatda olan 2 317 683 əhali abonentinin cəmi 15,62%-i illik hər kubmetri 10 qəpikdən satılan 2 200 kubmetrlik güzəştli limit həddini keçib.

APA-Economics”in məlumatına görə, bu, say etibarı ilə 361 926 abonent deməkdir. Yerdə qalan 1 955 757 abonent (ümumi əhali abonentlərinin 84,38%-i) qazdan güzəştli limit daxilində istifadə edib.

Bundan əlavə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,9% olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub.

Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8% müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR