"Azərişıq" "3D – mobile mapping" texnologiyasını istifadəyə verib - VİDEO

"Azərişıq" "3D – mobile mapping" texnologiyasını istifadəyə verib - VİDEO
# 22 yanvar 2021 12:22 (UTC +04:00)

“Azərişıq” ASC elektrik şəbəkələrinin istismarı, qeydiyyatı, analizi və planlanmasının daha dəqiq və çevik həyata keçirilməsi üçün “3D – mobile mapping” texnologiyasını istifadəyə verib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yeni texnologiyanın tətbiqi, şəbəkədə mövcud olan cihaz və avadanlıqların yerləşdiyi ərazinin “3D – multi-direktoriya” formatında skan olunması həyata keçirilməklə, müxtəlif gərginlikli Elektrik Veriliş Xətlərinin, transformatorların, dayaqların, sayğaclar və onlara qədər olan ötürücü naqillərin yerləşdiyi ərazinin virtual xəritəsi relyef xüsusiyyətləri və GPS koordinatlarına uyğun yüksək dəqiqliklə tərtib edilir.

Bu texnologiya sayəsində mövcud şəbəkədə olan elementlər və onların yerləşdiyi ərazi haqqında müfəssəl məlumatlar Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzinə ötürülərək, əraziyə getmədən, 3D smart xəritə üzərində infrastrukturun dəqiq öyrənilməsinə geniş texniki-iqtisadi şərait yaradır.

Bununla yanaşı elektrik şəbəkəsinin mövcud olmadığı ərazilər “3D – mobile mapping” texnologiyası ilə skan olunan ərazi 0.5 sm dəqiqliklə öyrənilərək mərkəzi sistemdə 3D smart xəritəyə ötürülür, həmin ərazi üzrə elektrik ötürücü xətlərin çəkilməsi də, relyef xüsusiyyətlərini özündə əks etdirən 3D xəritədə virtual şəkildə, mütəxəssislərin öz iş yerlərini tərk etmədən dəqiq planlama aparmasına imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR