"Azərişıq": Cəbhə boyu bölgələrdə mülki obyektlərə dəymiş zərər aradan qaldırılır - FOTO

"Azərişıq": Cəbhə boyu bölgələrdə mülki obyektlərə dəymiş zərər aradan qaldırılır - FOTO
  • Clock-gray 16:12
  • calendar-gray 19 Noyabr 2020

Cəbhə boyu bölgələrdə düşmənin mülki obyektləri hədəfə alması nəticəsində dəyən zərər aradan qaldırır.

"Azərişıq" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarəetmə sistemini tətbiq etməklə 110, 35 və 0,4 kV-luq şəbəkələrin yaradılması, 35 kV ÖİN naqillərdən istifadə etməklə elektrik veriliş xətlərinin çəkilməsi üzrə layihələr hazırlanıb, həmin layihələrin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Nəzərdə tutulan layihələr yerinə yetirilənədək “Azərişıq” işğaldan azad edilən ərazilərdə xüsusi əhəmiyyət kəsb edən dövlət əhəmiyyətli binaların müvəqqəti elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər görür.

Qeyd edək ki, artıq Cəbrayıl şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar Horadiz yarımstansiyasından yeni çəkilən xətlə elektrik enerjisi ilə təmin olunub.

Hüseyn Vəliyev

Digər xəbərlər