"Azərişıq" bir sıra rayonlarda gücləndirilmiş iş rejiminə keçib

"Azərişıq" bir sıra rayonlarda gücləndirilmiş iş rejiminə keçib
# 04 fevral 2020 09:27 (UTC +04:00)

"Azərişıq"ASC bir sıra rayonlarda güclü küləyin əsməsi ilə əlaqədar qabaqlayıcı tədbirlər həyata keçirib.

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, hazırda ölkə üzrə elektrik enerjisi təchizatında heç bir problem müşahidə olunmur.

"Güclü külək əsasən Gədəbəy, Tovuz, Lerik və Şamaxı rayonlarında müşahidə olunub. Bu səbəbdən "Azərişıq" baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görüb. Hazırda ölkəmizin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur. İstehlakçılardan xahiş edilir ki, qarşılaşdıqları hər hansı çətinliklə bağlı "Azərişıq"ın 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzinə müraciət etsinlər", - deyə ASC-dən qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR