"Azərişıq" bu il texniki itki göstəricisinin 9%-dək azalacağını proqnozlaşdırır

"Azərişıq" bu il texniki itki göstəricisinin 9%-dək azalacağını proqnozlaşdırır
# 24 sentyabr 2020 10:06 (UTC +04:00)

“Azərişıq” ASC 2020-ci il üzrə texniki itki göstəricisinin 0,8 faiz bəndi endirərək 8,9% azalacağını proqnozlaşdırır.

“Azərişıq”dan “APA-Economics”ə verilən məlumata görə, 2015-ci ildə ASC yaradılanadək şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9%, 2016-cı ildə 10%, 2017-ci ildə 9,9%, 2018-ci ildə 9,8%, 2019-cu ildə isə 9,7%-dək azaldılıb.

Ümumilikdə, ASC üzrə son 5 il ərzində texniki itki səviyyəsinin 5% azalmasına nail olunub.

Müəssisə tərəfindən ölkənin bütün kənd və qəsəbələrində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı geniş miqyaslı işlər həyata keçirilir. Belə ki, son 5 ildə 500-dən çox kənd və qəsəbələrdə, cari ilin 8 ayında isə 50-dən çox inzibati ərazi vahidliklərində (0,4 kV-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq, ümumilikdə, yüz minlərlə istehlakçının 24 saat ərzində elektrik enerjisi ilə təchizatı təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR