BƏƏ neft tədarükünü azaldacaq

BƏƏ neft tədarükünü azaldacaq
# 29 may 2020 13:48 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət neft-qaz şirkəti olan ADNOC OPEC+ (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində iyul ayında neft tədarükünü azaldacağı barədə alıcılarını xəbərdar edib.

APA-Economics”in məlumatına görə, bu barədə TASS bildiriş məktubuna istinadən xəbər verir.

“Tədarükü azaltmaq üçün qəbul edilmiş razılaşmalara əlavə olaraq iyul ayında aşağıdakı azaltmalar tətbiq ediləcək", - məlumatda qeyd edilir.

Beləliklə, BƏƏ-də əsas neft istehsalçısı olan ADNOC şirkəti “Murban”, “Upper Zakum”, “Umm Lulu” və “Das” neft növlərinin tədarükünü 5% azaldacaq.

Xatırladaq ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR