BƏƏ neftin ixrac qiymətlərini artırıb

BƏƏ neftin ixrac qiymətlərini artırıb
# 09 iyun 2020 09:53 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin ADNOC Milli Neft və Qaz Şirkəti iyul ayı üzrə neftin ixrac qiymətlərini artırıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" BƏƏ şirkətinin sənədlərinə istinadən xəbər verir.

Məlumata əsasən, şirkətin əsas neft növü olan "Murban"ın qiyməti 5,45 ABŞ dolları (bir barel üçün) artıb.

Xatırladaq ki, bundan öncə Səudiyyə Ərəbistanının dövlət şirkəti olan "Saudi Aramco" iyul ayı üçün tədarük etdiyi neftin qiymətlərini artırıb. Ən yüksək artım Asiya alıcıları üçün olub. Belə ki, Asiya ölkələri üçün neft ixracının qiyməti bir barel üçün 5,6-7,3 dollar artırılıb.

Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR