BP Azərbaycandakı iri layihələr üzrə əsaslı xərclərin həcmini açıqlayıb

BP Azərbaycandakı iri layihələr üzrə əsaslı xərclərin həcmini açıqlayıb
  • Clock-gray 18:17
  • calendar-gray 01 İyun 2020

Əməliyyatların başlamasından bəri (1995-ci ildən 2019-cu ilin axırına kimi) "Azəri-Çiraq-Günəşli" yataqlar bloku (AÇG), Batı-Tbilisi-Ceyhan neft kəməri, "Şahdəniz" qaz-kondnsat yatağı və Cənub Qafqaz Boru Kəməri layihələri üçün çəkilmiş əsaslı xərclər 75 mlrd. ABŞ dolları təşkil edib.

Bu barədə "APA-Economics" BP-nin 2019-cu il üçün Azərbaycan üzrə Davamlı İnkişaf hesabatına istinadən xəbər verir.

"86 mln. dollar Azərbaycanda əməliyyatlarımıza başladıqdan etibarən icma inkişafı və təhsil təşəbbüsləri də daxil olmaqla tərəfdaşlarımızla birlikdə sosial proqramların həyata keçirilməsinə çəkdiyimiz xərcdir", - hesabatda qeyd edilir.

Hesabata əsasən, AÇG-dən 1997-ci ildə ilk neft hasilatından başlayaraq 2019-cu ilin sonunadək 3,7 mlrd. barel neft hasil edilib.

Bununla yanaşı, 2006-cı ildə ilk qaz hasilatından başlayaraq 2019-cu ilin sonunadək "Şahdəniz" yatağından 117 mlrd. kubmetr qaz hasil edilib.

Emil İsmayılov

Digər xəbərlər