BP: Bu ilin birinci yarısında AÇG-dən ümumi hasilat 12 mln. tondan artıq olub

BP: Bu ilin birinci yarısında AÇG-dən ümumi hasilat 12 mln. tondan artıq olub
# 13 avqust 2020 13:48 (UTC +04:00)

Bu ilin ikinci rübündə Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

BP-dən “APA-Economics”ə verilən məlumata görə, yarım il üçün AÇG-dən ümumi neft hasilatı - Çıraq (38 000), Mərkəzi Azəri (123 000), Qərbi Azəri (122 000), Şərqi Azəri (66 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (53 000) platformalarından birlikdə – gündə orta hesabla 498 000 barel və ya ümumilikdə təxminən 91 milyon barel, yəni 12 milyon tondan artıq olub.

Rübün sonunda AÇG-də ümumilikdə 129 neft hasilat quyusu, 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

AÇG üzrə qazıma və tamamlama fəaliyyətləri 2020-ci ilin birinci yarısında AÇG-də 8 neft hasilat quyusu qazılıb.

2020-ci ilin birinci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,9 milyon kubmetr, ümumilikdə isə 1,3 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Birinci yarım ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 101 milyon standart kubmetrdir.

6 ay ərzində terminal təqribən 127 milyon barel neft və kondensat, o cümlədən 111 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 16 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

İlk iki rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 51,1 milyon standart kubmetrdən çox (təqribən 1 milyard 805 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilib.

Qeyd edək ki, 2020-ci ilin birinci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,9 milyon kubmetr, ümumilikdə isə 1,3 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Birinci yarım ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 101 milyon standart kubmetrdir.

6 ay ərzində terminal təqribən 127 milyon barel neft və kondensat, o cümlədən 111 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 16 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

İlk iki rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 51,1 milyon standart kubmetrdən çox (təqribən 1 milyard 805 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR