BP D230 bloku üzrə seysmik məlumatların emalını yekunlaşdırıb

BP D230 bloku üzrə seysmik məlumatların emalını yekunlaşdırıb
# 16 noyabr 2020 11:05 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən D230 blokunda həyata keçirilmiş 3 ölçülü seysmik tədqiqat proqramı reallaşdırılması çərçivəsində alınan məlumatların emalı prosesi başa çatıb.

Bu barədə "APA-Economics" BP-nin Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin ilk üç rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən xəbər verir.

Məlumata əsasən, D230 blokunda 2019-cu ilin dekabr ayında başlanmış 3-ölçülü seysmik tədqiqat proqramı mart ayının 14-də başa çatdı.

“Oktyabr ayında emal procesi tam başa çatdırıldı və hazırda perspektiv strukturun qiymətləndirilməsi işləri aparılır”, - hesabatda qeyd edilir.

Hesabata əsasən, seysmik tədqiqatın interpretasiyasının nəticələri müsbət olarsa, əsas kəşfiyyat proqramına başlana bilər.

D230 strukturu kifayət qədər böyük bir ərazini əhatə edir və orada gələcəkdə kəşfiyyat quyularının harada qazılacağı çox əhəmiyyətlidir. Ən çox da bu struktur ona görə maraqlıdır ki, orada potensial neft ehtiyatları nəzərdə tutulur.

Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimal Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR