BP ali təhsil müəssisələri üçün beynəlxalq miqyasda tanınmış üç dərsliyin Azərbaycan dilində nəşrini təqdim edib

BP ali təhsil müəssisələri üçün beynəlxalq miqyasda tanınmış üç dərsliyin Azərbaycan dilində nəşrini təqdim edib
# 18 dekabr 2019 15:44 (UTC +04:00)

BP şirkəti ali təhsil müəssisələri üçün beynəlxalq miqyasda tanınmış üç dərsliyin ("İdarəetmənin əsasları", "Siyasət Elmi: Giriş" və "Keys menecment") Azərbaycan dilində nəşrini təqdim edib.

"APA-Economics"in məlumatına görə, bu üç dərslik beynəlxalq miqyasda geniş yayılmış kitablar arasındadır.

"Ötən il biz dünyanın ən yaxşı üç iqtisadiyyat kitabının təqdimatını keçirdik və onlara olan yüksək maraq bizi daha da həvəsləndirdi. Nəticədə, qərara gəldik ki, ən yaxşı beynəlxalq ali təhsil materiallarını Azərbaycana gətirilməsi səylərimizi davam etdirək. Bu məqsədlə biz ali təhsil müəssisələri üçün əhəmiyyətli olan on beynəlxalq dərslik və tədris materialının siyahısını müəyyənləşdirmişik", deyə kitabların təqdimat mərasimində çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Onun sözlərinə görə, qalan yeddi kitabın 2020-ci ilin sonunadək Azərbaycan dilinə tərcümə edilərək nəşr olunması planlaşdırılır.

Kitablar BP-nin yerli universitetlərə hədiyyəsidir, lakin yerli kitabxanalar və əlaqədar akademik institutlar vasitəsilə bütün maraqlı şəxslər üçün də əlçatan olacaq. On kitabın tərcümə və çap işlərinin ümumi dəyəri 634 145 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR