BP-nin Azərbaycan üzrə xərcləri yanvar-sentyabrda 1,4 mlrd. dollara yaxın olub

BP-nin Azərbaycan üzrə xərcləri yanvar-sentyabrda 1,4 mlrd. dollara yaxın olub
# 16 noyabr 2020 13:17 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 1 353,5 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin ilk üç rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata əsasən, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 646,8 mln. dollar xərcləyib.

Hesabata görə, şirkət bu ilin yanvar-sentyabr aylarında xarici podratçıların ölkə daxilində məsrəflərinə 440,2 mln. dollar xərcləyib.

Bundan başqa, hesabat dövründə BP-nin 229 kiçik və orta müəssisə üzrə xərcləri 237,2 mln. dollar, 18 dövlət şirkəti üzrə xərcləri isə 29,3 mln. dollar təşkil edib.

Qeyd edək ki, ötən il BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici şirkətlərlə müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə), materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 1 485,1 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR