BP-nin regional prezidenti: “Prezident İlham Əliyevin gələcəyə baxışı bu tarixi nailiyyətin gerçəkləşməsinə böyük təkan verdi”

BP-nin regional prezidenti: “Prezident İlham Əliyevin gələcəyə baxışı bu tarixi nailiyyətin gerçəkləşməsinə böyük təkan verdi”
  • Clock-gray 03:09
  • calendar-gray 12 Fevral 2021

“Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı Xəzər dənizindən birbaşa Avropaya nəql olunur, bu strateji uğur münasibətilə təbriklərimi çatdırıram”.

APA-nın məlumatına görə, bu fikirləri BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Conz Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışı zamanı bildirib.

Qəri Canz əlavə edib ki, Prezident İlham Əliyevin liderliyi, eləcə də Azərbaycan və bütün region üçün gələcəyə baxışı bu tarixi nailiyyətin gerçəkləşməsinə böyük təkan verdi: “Onun şəxsi səyləri dünya neft və qaz sənayesində ən mürəkkəb layihələrdən birinə çevrilmiş bir layihənin uğurla həyata keçməsi üçün həlledici rol oynayıb. BP şirkəti olaraq biz qarşıdan gələn onilliklər boyunca regiondakı və Avropadakı insanlara fayda gətirəcək bu layihənin bütün hissələrində iştirak etməkdən böyük qürur duyuruq”.

 

Rəşad Sarıyev

Digər xəbərlər