BP və tərəfdaşları bu il Azərbaycanda sosial layihələrə 4 mln. dollara yaxın vəsait xərcləyib

BP və tərəfdaşları bu il Azərbaycanda sosial layihələrə 4 mln. dollara yaxın vəsait xərcləyib
# 16 noyabr 2020 15:21 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 2,64 mln. dollar xərcləyiblər.

Bu barədə "APA-Economics" BP-nin Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin ilk üç rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən xəbər verir.

“Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək”, - hesabatda deyilir.

Bundan əlavə, hesabat dövründə BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 1,11 mln. dollar vəsait xərcləyib.

Beləliklə, BP və onun tərəfdaşları 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda sosial layihələrə 3,75 mln. dollar xərcləyiblər.

Qeyd edək ki, BP Azərbaycanda bir sıra iri enerji layihələrinin (həmçinin “Azəri-Çiraq-Günəşli” neft-qaz yataqları blokunun və “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihələrində) iştirakçısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR