BP: "Şahdəniz-3" danışıqlardan asılı olan məsələdir

BP: "Şahdəniz-3" danışıqlardan asılı olan məsələdir
  • Clock-gray 18:02
  • calendar-gray 18 Dekabr 2019

"Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsinin üçüncü mərhələsi həyata keçirilməsi danışıqlardan asılı olan məsələlərdən biridir".

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə BP-in Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr,  xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

«"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda dərində yerləşən qaz və "Şahdəniz-3" layihəsi danışıqlardan asılı olan məsələlərdir», - deyə B. Aslanbəyli bildirib.

Onun sözlərinə görə, bu məsələlərdə hər şey iqtisadi səmərəliliyindən asılıdır: "Yatırılan investisiyalar və çıxarılacaq resursların iqtisadi səmərəliliyi qiymətləndirilməlidir  Bunlar hamısı müzakirə edilməlidir".

Emil İsmayılov

Digər xəbərlər