BTC ilə Türkiyə ərazisi ilə neftin nəqli yanvarda azalıb

BTC ilə Türkiyə ərazisi ilə neftin nəqli yanvarda azalıb
  • Clock-gray 10:08
  • calendar-gray 24 Fevral 2021

Bu ilin yanvar ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 18 967 min barel neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6% azdır.

"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar ayında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 19 885 min barel neft nəql edilib.

Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 208 064 min barelə yaxın neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5% azdır.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

Emil İsmayılov

Digər xəbərlər