BTC ilə bu il 10 mln. tondan çox neft nəql edilib

BTC ilə bu il 10 mln. tondan çox neft nəql edilib
  • Clock-gray 15:39
  • calendar-gray 21 May 2020

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 12 826 min ton neft nəql edilib, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, nəqletmənin 80,2%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 10 289,8 min ton neft ötürülüb (2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 1,85%-lik azalma).

"Dövr ərzində BTC kəməri ilə 1 486,5 min ton tranzit nefti də (2,4% azalma – red.) nəql edilib", - məlumatda qeyd edilir.

Qeyd edək ki, ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

Xatırladaq ki, "BTC Co."nun səhmdarları sırasına isə BP (30,1%), "AzBTC" (25%), MOL (8,9%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləri yer alıb.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date