BTC ilə ötən ay 2,6 mln. tona yaxın neft nəql edilib

BTC ilə ötən ay 2,6 mln. tona yaxın neft nəql edilib
# 18 fevral 2020 09:34 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda magistral neft kəmərləri ilə 3 251,4 min ton neft nəql edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, nəqletmənin 80,8%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2 628,4 min ton neft ötürülüb (2018-ci ilin yanvar ayı ilə müqayisədə 6,6% azalma).

"Dövr ərzində BTC kəməri ilə 382,3 min ton tranzit nefti də (11,5% azalma – red.) nəql edilib", - məlumatda qeyd edilir.

Qeyd edək ki, Ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

Xatırladaq ki, “BTC Co.”nun səhmdarları sırasına isə BP (30,1%), “AzBTC” (25%), “Chevron” (8,9%), “Equinor” (8,71%), TPAO (6,53%), “Eni” (5%), “Total” (5%), ITOCHU (3,4%), INPEX (2,5%), “ExxonMobil” (2,5%) və “ONGC (BTC) Limited” (2,36%) şirkətləri yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR