BTC ilə yanvar-fevralda 33 mln. bareldən çox neft nəql edilib

BTC ilə yanvar-fevralda 33 mln. bareldən çox neft nəql edilib
  • Clock-gray 11:16
  • calendar-gray 29 Mart 2021

Bu ilin yanvar-fevral aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 33 504  min barel neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% azdır.

"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar-fevralında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 38 047 min barel neft nəql edilib.

Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 208 064 min barelə yaxın neft nəql edilib ki, bu da 2019-cu ötən ilin göstəricisi müqayisədə 11,5% azdır.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

Emil İsmayılov

Digər xəbərlər