BTC ilə yanvar-fevralda 4,4 mln. tondan çox neft nəql edilib

BTC ilə yanvar-fevralda 4,4 mln. tondan çox neft nəql edilib
# 16 mart 2021 13:12 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayında Azərbaycanda magistral neft kəmərləri ilə 5 800,5 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,8% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, nəqletmənin 76,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və yanvar-fevral aylarında kəmər vasitəsilə 4 437,2 min ton neft ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,8%-lik azalma).

"Dövr ərzində BTC kəməri ilə 393,1 min ton tranzit nefti də (45,7% azalma – red.) nəql edilib", - məlumatda deyilir.

Qeyd edək ki, ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

Xatırladaq ki, "BTC Co."nun səhmdarları sırasına isə BP (30,1%), "AzBTC" (25%), MOL (8,9%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləri yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR