BTC ilə yanvarda Türkiyə ərazisi ilə 19 mln. barelə yaxın neft nəql edilib

BTC ilə yanvarda Türkiyə ərazisi ilə 19  mln. barelə yaxın neft nəql edilib
# 19 mart 2021 14:59 (UTC +04:00)

Bu ilin yanvar ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 18 967 min barel neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6% azdır.

"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə kəmər vasitəsilə Türkiyə ərazisi ilə 19 885 min barel neft nəql edilib.

Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 208 064 min barelə yaxın neft nəql edilib ki, bu da 2019-cu ötən ilin göstəricisi müqayisədə 11,5% azdır.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR