BTС ilə indiyədək 424 mln. ton Azərbaycan nefti nəql edilib

BTС ilə indiyədək 424 mln. ton Azərbaycan nefti nəql edilib
# 16 dekabr 2020 09:32 (UTC +04:00)

İndiyə qədər Bakı-Tbilisi-Ceyhan (BTC) boru xətti ilə Türkiyə və dünya bazarlarına 424 mln. tona yaxın Azərbaycan nefti nəql edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunu "Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair Anlaşma Memorandumu" imzalanması mərasimində Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycan nefti ilə yanaşı başqa ölkələrində nefti nəql edilir.

Xatırladaq ki, ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

"BTC Co."nun səhmdarları sırasına isə BP (30,1%), "AzBTC" (25%), MOL (8,9%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləri yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR