BVF Azərbaycanın neft ixracı üzrə proqnozunu artırıb, qaz ixracı üzrə sabit saxlayıb

BVF Azərbaycanın neft ixracı üzrə proqnozunu artırıb, qaz ixracı üzrə sabit saxlayıb
# 19 oktyabr 2020 16:00 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Azərbaycanın gündəlik xam neft ixracının 0,59 mln. barel təşkil edəcəyini proqnozlaşdırır. Bu, aprel proqnozundan 6,4% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının oktyabr buraxılışına deyilir.

Qeyd olunub ki, 2021-ci il üzrə də neft ixracı proqnozu 5,7% artırılaraq 0,53 mln. barelə çatdırılıb.

Təbii qaz ixracına gəldikdə isə, BVF proqnozunu apreldən bu yana dəyişməz saxlayıb. Beləliklə, Azərbaycanın bu il təxminən 18,6 mlrd. kubmetr, gələn il isə 21 mlrd. kubmetr qaz ixrac edəcəyi güman edilir.

Qeyd edək ki, ötən il Azərbaycan 30,8 mln. ton neft (illik müqayisədə 4,5% çox) və 12,21 mlrd. kubmetr qaz (23,2% çox) ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR