Baba Rzayev: “Gələn il Şurabad Külək Elektrik Stansiyasının tikintisinə başlaya biləcəyik”

Baba Rzayev: “Gələn il Şurabad Külək Elektrik Stansiyasının tikintisinə başlaya biləcəyik”
  • Clock-gray 18:27
  • calendar-gray 16 Dekabr 2019

“50 meqavat gücündə Yaşma Külək Elektrik Stansiyası tam gücü ilə işləyir”.

APA-nın xəbərinə görə, bunu “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda deyib.

O bildirib ki, 2018-ci ildə 60 milyon kilovat-saat, 2019-cu ildə isə 80 milyon kilovat-saat enerji istehsalına nail olunub.

“Artıq bu günə olan məlumatlar bizdə var. Bu da təxminən 13-14 milyon kubmetr qazın qənaəti deməkdir, buna böyük ehtiyac var. İkincisi, Sizin tapşırığınızla Bakı-Quba magistralının sağ tərəfində - təzə yolla köhnə yolun arasında 84 meqavat gücündə Şurabad Külək Elektrik Stansiyasının artıq bütün layihə-smeta sənədləri hazırlanmış, torpaqların alınması, ötürmə xətləri məsələləri həll edilib və “Vestas” şirkəti bu işə cəlb olunub. Gələn il işlərə başlaya biləcəyik”, - deyə B. Rzayev qeyd edib.

apa-logo-mini

Digər xəbərlər