"Bakı Metropoliteni" müasir tipli vaqonların sayını 75-ə çatdırıb

"Bakı Metropoliteni" müasir tipli vaqonların sayını 75-ə çatdırıb
  • Clock-gray 12:15
  • calendar-gray 27 Fevral 2021

"Bakı Metropoliteni" QSC  vaqon parkındakı müasir tipli vaqonların sayını 75-ə çatdırıb.

QSC-dən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin oktyabrında "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən, ötən il 20 vaqon alınıb. Məlumata görə, depoda əldə olunan yüksək keyfiyyətli təmirlə yanaşı vaqon parkının müasir standartlar səviyyəsinə qaldırılması xüsusi qeyd edilir.

Parkın yenilənməsinə 2015-ci ildən başlanılıb.

Emil İsmayılov

Digər xəbərlər