Bakı-Supsa kəməri ilə ötən il 3,75 mln. ton neft nəql olunub

Bakı-Supsa kəməri ilə ötən il 3,75 mln. ton neft nəql olunub
# 23 yanvar 2020 12:21 (UTC +04:00)

"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz"dən Bakı-Supsa qərb kəməri vasitəsilə ötən il 3,75 mln. ton neft nəql olunub.

"APA-Economics"ə Energetika Nazirliyindən verilən məlumata görə, 2018-ci il ilə müqayisədə sözügedən kəmər vasitəsilə nəql olunan neftin həcmi 0,4% azalıb.

Qeyd edək ki, Bakı-Supsa neft kəməri (Qərb İxrac Boru Kəməri) Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR