Bakı-Tbilisi-Ceyhan üzrə neft ixracı 4% azalıb

Bakı-Tbilisi-Ceyhan üzrə neft ixracı 4% azalıb
# 23 mart 2020 12:30 (UTC +04:00)

Bu ilin ilk iki ayında magistral neft kəmərləri ilə 6270,8 min ton neft nəql edilib. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici üzrə 3%-dək azalma müşahidə olunub.

Nəqletmənin 80,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-fevral ayları ərzində bu kəmər vasitəsilə 5029,5 min ton neft ötürülüb ki, bu da ötən ilin göstəricisindən 4,1% azdır. Dövr ərzində BTC kəməri ilə 723,9 min ton tranzit nefti də nəql edilib. Bu isə ötən ilin müvafiq dövrünün göstəricisindən 3,8% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR